dini radikalizm və ekstremizmlə mübarizə

APOEL-in baş məşqçisi: "Evdə “Qarabağ”ı məğlub etmək üçün böyük şansımız var"

APOEL-in baş məşqçisi: "Evdə “Qarabağ”ı məğlub etmək üçün böyük şansımız var"

"Çox gərgin oyun idi. Hər iki komanda yaxşı çıxış etdi".

APA-nın məlumatına görə, bunu Avropa Liqasının qrup mərhələsinin III turunda Bakıda "Qarabağ"la heç-heçə edən (2:2) APOEL-in baş məşqçisi Tomas Doll deyib.

O, oyunsonrası mətbuat konfransında matçı şərh edib: "Futbolçularımın bugünkü komanda ruhuna görə çox sevindim. Hər iki tərəf maksimumunu etdi. İkinci hissədə “Qarabağ” topa daha çox sahib oldu. 0:1 hesabı ilə geridə olduğumuz anda ilk hissəni 2:1 öndə bitirmək, özü də belə bir dəstək olan stadionda bunu etmək çox vacib idi. Daha sonra rəqib bərabərlik qolunu vurdu. 1 xal qazandığımıza görə nəticədən razıyam".

Almaniyalı mütəxəssis komandasının şansları və "Qarabağ"la cavab görüşü barədə də danışıb: "Biz çox güclü komandaya qarşı oynadıq. Digər klublar da “Qarabağ”la səfər matçında çətinlik çəkirlər. Bilirik ki, 1 xalla qrupdan çıxmaq mümkün deyil. Ancaq evdə “Qarabağ”ı məğlub etmək üçün böyük şansımız var. Belədə xallarımız bərabərləşəcək. Niyə də qalib gəlməyək?! Biz bilirik ki, rəqib çox güclüdür, ancaq evdə oynayacağıq. Hər şey baş verə bilər. Özümüzə inanırıq. İrəliyə doğru kiçik addım atdıq. Addım-addım hədəfimizə doğru gedirik".

Oxunub: 578
Oxşar xəbərlər
SON XƏBƏRLƏR