dini radikalizm və ekstremizmlə mübarizə

Ağdamda Xudu Məmmədovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir

Ağdamda Xudu Məmmədovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir

12-13 oktyabr 2019-cu il tarixlərdə keçiriləcək karate yarışında 200-dən çox idmançı iştirak edəcək…

Bu həftənin bazar günü Ağdamda Azərbaycan qoçyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Növləri Federasiyasının və BJKKF-nin təşkil etdiyi "Dünya şöhrətli alim, vətənpərvər ziyalı Xudu Məməədovun xatirəsinə həsr olunmuş yeniyetmələr, qızlar və kişilər arasında 1-ci Açıq Respublika Turniri" keçiriləcək.

Azərbaycan qoçyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Növləri Federasiyasından "Təzadlar"a verilən məlumata görə, turnirdə ölkəmizin aidiyyəti idman federasiyalarının yetirmələri olan 200-dən çox peşəkar idmançı gücünü sınayacaq.

Xatırladırıq ki, turnirin gündəliyi Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən təsdiqlənib və Azərbaycan qoçyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Növləri Federasiyasının prezidenti Tarverdi Allahverdiyev tərəfindən razılaşdırılıb. Turnirin təşkilatçısı isə Azərbaycan qoçyu-Ryu Okinava Karate-Do və Kobudo-Kempo Növləri Federasiyasının Regionların İnkişafı üzrə vitse-Prezident Ruslan Quliyevdir. /tezadlar.az/

Oxunub: 928
Oxşar xəbərlər
SON XƏBƏRLƏR