dini radikalizm və ekstremizmlə mübarizə

Marko Rossi: “Azərbaycana qarşı tamamilə fərqli oyun göstərməliyik”

Marko Rossi: “Azərbaycana qarşı tamamilə fərqli oyun göstərməliyik”

“Məğlubiyyətə görə üzr istəyirəm. Oyun ərzində 4-5 ağlasığmaz fərdi səhvlər etdik”.

APA-nın məlumatına görə, bunu futbol üzrə Macarıstan millisinin baş məşqçisi Marko Rossi deyib.

AVRO-2020-nin seçmə mərhələsində Xorvatiyaya 0:3 hesabı ilə uduzan macarların çalışdırıcısı məğlubiyyətə şərh verib. M.Rossi oktyabrın 13-də Azərbaycana qarşı evdə keçiriləcək matç barədə də danışıb: “Xorvatiyanın daha güclü olduğunu bilirdik. Amma uduzmamalı idik. İndi oyunu analiz etməliyik. Nə baş verdiyini araşdırmalı, nəticə çıxarmalıyıq. Məğlubiyyəti də unutmalıyıq. Çünki üç gündən sonra çox vacib oyunumuz var. Azərbaycanla görüş öncəsi özünəinamı qaytarmalıyıq. Bazar günü Azərbaycana qarşı tamamilə fərqli oyun göstərməliyik. İndiki durumda ümumi şanslardan danışmaq isə yersiz görünür”.

Oxunub: 579
Oxşar xəbərlər
SON XƏBƏRLƏR