» » "Qarabağ" - "Sevilya" oyununa artıq 10 min bilet satılıb

"Qarabağ" - "Sevilya" oyununa artıq 10 min bilet satılıb

  • 14-09-2019, 10:33
  • idman
  • 41
"Qarabağ" - "Sevilya" oyununa artıq 10 min bilet satılıb

Avropa Liqasının qrup mərhələsinin ilk turunda keçirilləcək "Qarabağ" - "Sevilya" matçına maraq olduqca böyükdür.

Trend-in məlumatına görə, biletlərin satışa çıxarıldığı ilk gündə 10 min bilet satılıb.

Biletlərin qiymətləri sektorlar üzrə 3, 5, 15, 20, 50 və 100 AZN-dir.

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn)

Qeyd edək ki, sentyabrın 19-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Sevilya" matçına saat 20:55-də start veriləcək.
Oxşar xəbərlər
«    Ekim 2019    »
PtSaÇaPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031