dini radikalizm və ekstremizmlə mübarizə

Gürcü məşqçi: “Azərbaycan Slovakiya ilə oyundan sonra yorğun idi”

Gürcü məşqçi: “Azərbaycan Slovakiya ilə oyundan sonra yorğun idi”

“Yaxşı oynadıq və layiq olduğumuz qələbəni qazandıq”.

APA-nın məlumatına görə, bunu 21 yaşadək futbolçulardan ibarət Gürcüstan millisinin baş məşqçisi Giorgi Tsetsadze deyib.

O, AVRO-2021-in seçmə mərhələsinin Azərbaycanla Bakıdakı qarşılaşması barədə fikirlərini açıqlayıb. Mütəxəssis 3:0 hesablı səfər qələbəsi qazanan yetirmələrindən razı qalıb: “Birinci hissənin sonunda qol vurmağımız fasiləyə yüksək əhval-ruhiyyədə yollanmağımıza şərait yaratdı. Həm buna qədər, həm də sonrakı dəqiqlərdə qol epizodlarımız oldu. Onu hansı dəqiqədə reallaşdırmağın fərqi yoxdur, vacib olan bunu bacarmaq və qələbə qazanmaqdır. Rəqib meydanda azlıqda qaldıqdan sonra üstünlüyümüzü artırdıq. Azərbaycan millisi yaxşı komandadır. Sadəcə, onlar 4 gün əvvəl məğlub etdikləri güclü Slovakiya ilə oyundan sonra yorğun idilər”.

Oxunub: 587
Oxşar xəbərlər
SON XƏBƏRLƏR