» » Kriştianu Ronaldo yığmada qol sayında Əli Daeiyə yaxınlaşır

Kriştianu Ronaldo yığmada qol sayında Əli Daeiyə yaxınlaşır

  • 11-09-2019, 09:37
  • idman
  • 18
Kriştianu Ronaldo yığmada qol sayında Əli Daeiyə yaxınlaşır

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo yığmada 90-cı qolunu vurub.

APA-nın məlumatına görə, bu yubiley AVRO-2020-nin seçmə mərhələsinin VI turuna təsadüf edib.

Litva ilə səfər matçının 7-ci dəqiqəsində penaltidən hesabı açan K.Ronaldo Portuqaliya millisindəki qol sayını 90-a çatdırıb. İtaliya “Yuventus”unun hücumçusu Vilnüsdəki matçadək yığmada 89 qol vurmuşdu.

34 yaşlı portuqaliyalı millidə vurulan qol sayında dünya ikincisidir. K.Ronaldo yalnız İran yığmasının azərbaycanlı forvardı Əli Daeidən geri qalır. Asiyalı hücumçunun hesabında 109 qol var.

Qeyd edək ki, K.Ronaldo oyunun ikinci hissəsində pokerlə bu rəqəmi 93-ə çatdırıb.
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30