» » AVRO-2020: Türkiyə böyük hesabla qalib gəlib, Ronaldo pokerə imza atıb

AVRO-2020: Türkiyə böyük hesabla qalib gəlib, Ronaldo pokerə imza atıb

  • 11-09-2019, 09:37
  • idman
  • 15
AVRO-2020: Türkiyə böyük hesabla qalib gəlib, Ronaldo pokerə imza atıb

Bu gün AVRO-2020-nin seçmə mərhələsində VI tura yekun vurulub.

APA-nın məlumatına görə, A, B və H qruplarında yeddi qarşılaşma keçirilib.

A qrupunda İngiltərə Kosovo ilə görüşüb. 8 qolun vurulduğu matçda futbolun yaradıcıları 4-cü qələbəni qazanıblar. Səfərdə Monteneqro üzərində qələbə qazanan Çexiya 2-ci pilləyə yüksəlib.

Portuqaliya millisi B qrupunda ikinci sıraya qalxıb. Kriştianu Ronaldonun pokerə imza atdığı matçda Litvanı darmadağın edən Avropa çempionları mövqelərini yaxşılaşdırıblar. Serbiya isə Lüksemburqdakı qələbə ilə üçüncü pilləyə yüksəlib.

Qonşu Türkiyə yığmasının yer aldığı H qrupunda üç matç baş tutub. “Ay-ulduzlular” səfərdə Moldovanı darmadağınla məğlubiyyətə uğradıblar. Fransa isə Andorra ilə görüşdən qələbə ilə ayrılıb. Bu turadək qrup liderliyinə şəriklərdən olan İslandiya Albaniyada bərabərliklə kifayətlənib. Nəticədə türkiyəlilər liderliyə yüksəliblər.

Qeyd edək ki, seçmə mərhələnin VII turu oktyabrın 10-12-də baş tutacaq.

AVRO-2020-nin seçmə mərhələsi
VI tur
10 sentyabr
A qrupu
22:45. Monteneqro – Çexiya – 0:3
Souçek, 54, Masopust, 58, Darida, 90 (pen.)
22:45. İngiltərə - Kosovo – 5:3
Sterlinq, 8, Keyn, 19, Voyvoda, 38 (avtoqol), Sanço, 44, 45 – Berişa, 1, 49, Muriqi, 55
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30