dini radikalizm və ekstremizmlə mübarizə

“Everton”un futbolçusu bukmekerlərlə bağlı qadağanı pozduğu üçün cəzalanıb

“Everton”un futbolçusu bukmekerlərlə bağlı qadağanı pozduğu üçün cəzalanıb

Kolumbiya milli komandasının və İngiltərənin “Everton” klubunun futbolçusu Yerri Mina cəzalanıb.

APA-nın məlumatına görə, müdafiəçi 11 min 200 avro cərimələnib.

Buna futbolçunun bukmeker kontorları ilə bağlı qadağaları pozması səbəb olub. Y.Mina bu ilin yayında “Betjuego”nun reklam çarxının çəkilişlərində iştirak edib.

Cənubi amerikalı sonradan günahını etiraf edərək üzr istəyib. Buna görə də İngiltərə Futbol Assosiasiyasından pul cəriməsi və xəbərdarlıqla kifayətlənməyi yetərli sayıb. Hadisənin təkrarlanması daha ağır sanksiyalarla nəticələnəcək.

Y.Minanın cəzasının yüngül olmasına xeyriyyə xarakterli addımı da kömək edib. Futbolçu çarxa çəkildiyi üçün əldə etdiyi qazancı Kolumbiyadakı valideynsiz uşaqlara kömək edən “Yerry Mina Foundation” xeyriyyə fonduna köçürüb.

Oxunub: 534
Oxşar xəbərlər
SON XƏBƏRLƏR