dini radikalizm və ekstremizmlə mübarizə

Nenad Belitsa: "Azərbaycanla matçdakı hesabdan razı qala bilmərik"

Nenad Belitsa: "Azərbaycanla matçdakı hesabdan razı qala bilmərik"

“Slovakiya və Azərbaycanla iki səfər oyununda 4 xal qazanmağımız yaxşı nəticədir”.

APA-nın məlumatına görə, bunu Xorvatiyanın “Dinamo” klubunun baş məşqçisi Nenad Belitsa deyib.

Təcrübəli mütəxəssis Xorvatiya yığmasının AVRO-2020-nin seçmə mərhələsində Azərbaycan yığması ilə 1:1 hesablı heç-heçə etməsinə münasibət bildirib: “Bakıdakı matça çox yaxşı başladıq. Fasiləyə qədər 2:0 və ya 3:0 hesabı ilə öndə olmalı idik. Amma futbol elədir ki, rəqib özünə gəlir və imkanlar yaratmağa başlayır. Təbii ki, hesabdan razı qala bilmərik. Çünki biz Azərbaycan yığması ilə müqayisədə daha yaxşı komandayıq. Amma ümumilikdə iki oyunu götürdükdə yaxşı çıxış etdiyimizi söyləmək olar”.

Oxunub: 572
Oxşar xəbərlər
SON XƏBƏRLƏR