dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan badmintonçusu beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycan badmintonçusu beynəlxalq turnirdə ikinci yeri tutub

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Ukraynanın Xarkov şəhərində keçirilən "RSL Kharkiv International 2019" turnirində ikinci yer tutub.

APA-nın məlumatına görə, "International Challenge" kateqoriyalı yarışın finalınadək 4 rəqibinə qalib gələn idmançı həlledici qarşılaşmada hollandiyalı Mark Kaljou ilə üz-üzə gəlib.

Görüş Edi üçün uğursuz alınıb. O, dünya reytinqində 33-cü sırada qərarlaşan rəqibinə 0:2 (15:21, 10:21) hesabı ilə uduzub.


Qeyd edək ki, 68 badmintonçunun mübarizə apardığı kişilərin şəxsi yarışında ikinci yer tutan təmsilçimiz hesabına 3400 reytinq xalı yazdırıb.

Oxunub: 526
Oxşar xəbərlər
SON XƏBƏRLƏR