dini radikalizm və ekstremizmlə mübarizə

"Qalatasaray" "Brayton"dan hücumçu icarəyə götürüb

"Qalatasaray" "Brayton"dan hücumçu icarəyə götürüb

Türkiyənin “Qalatasaray” klubu heyətinə daha bir futbolçu qatıb.

APA-nın məlumatına görə, istanbullular İngiltərənin “Brayton” klubunun futbolçusu Florin Andone ilə güclənib.

Rumıniyalı futbolçu icarə əsasında “sarı-qırmızılar”ın heyətində çıxış edəcək. Onun bir mövsümlük icarəsi üçün “Brayton”a 700 min avro ödəniləcək. Futbolçunun özü isə bu müddətdə 2,5 milyon avro qazanacaq.

Qeyd edək ki, Ruminiya millisinin 26 yaşlı hücumçusu “Brayton”a qədər İspaniyada “Kastelyon”, “Vilyarreal”, ”Kordoba” və “Deportivo” kimi klublarda çıxış edib.

Oxunub: 626
Oxşar xəbərlər
SON XƏBƏRLƏR