» » Turan Bayramov dünya çempionatında bürünc medal qazandı

Turan Bayramov dünya çempionatında bürünc medal qazandı

  • 14-08-2019, 11:54
  • idman
  • 22
Turan Bayramov dünya çempionatında bürünc medal qazandı

Estoniyanın paytaxtı Tallində gənc güləşçilər arasında dünya çempionatında sərbəst güləş üzrə təmsilçimiz bürünc medal qazanıb.

Unikal.org xəbər verir ki, yığmanın aparıcı üzvlərindən olan Turan Bayramov (65 kq) təsəlliverici görüşdə mübarizəni davam etdirərək Rumıniya idmançısını çətinlik çəkmədən məğlub edib.

Təmsilçimiz üçüncü yer uğrunda qarşılaşmada Türkiyə pəhləvanına qalib gələrək dünya çempionatının bürünc medalına sahib çıxıb.

Qeyd edək ki, Turan Bayramov ilk mərhələdə gürcü rəqibinə qalib gəlsə də, dörddəbir finalda iranlı pəhləvana məğlub olumuşdu.

Komandanın digər üzvü Əşrəf Aşırov (70 kq) təsəlliverici görüşdə Qırğızıstan təmsilçisini mübarizədən kənarlaşdıraraq bürünc medal qarşılaşmasında iştirak hüququ əldə edib. Daha bir güləşçimiz təsəlliverici qarşılaşmaları uğurla başa vurub. Abubakr Abakarov (79 kq) ilk qarşılaşmada İtaliya idmançısını mübarizədən kənarlaşdırıb. Daha sonra Yaponiya pəhləvanına vaxtından əvvəl qalib gələn A.Abakarov bürünc medal qarşılaşmasına vəsiqə qazanıb.

Avqustun 12-də start götürən dünya çempionatı davam edir.
Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031