» » Mauro İkardi “Yuventus”la razılıq əldə edib

Mauro İkardi “Yuventus”la razılıq əldə edib

  • 13-08-2019, 12:45
  • idman
  • 21
Mauro İkardi “Yuventus”la razılıq əldə edib

İtaliyanın “İnter” klubunun futbolçusu Mauro İkardi “Yuventus”a keçə bilər.

APA-nın məlumatına görə, argentinalı hücumçu “Napoli”, “Roma” və “Monako”ya keçməkdən imtina edib.

Buna səbəb onun məhz Turin klubuna keçmək istəyidir. M.İkardi “Yuventus”la şəxsi müqaviləsinin şərtlərini də razılaşdırıb. Yeni klubu ilə 5 illik müqavilə imzalayacaq cənubi amerikalı ildə 8 milyon avro qazanacaq. Lakin bu rəqəm bonuslar hesabına daha da arta bilər.


M.İkardinin keçidinin gerçəkləşməsi üçün “Yuventus”un “İnter”in istədiyi məbləği ödəməsi lazımdır. Turinlilər Paulo Dibala və Mario Mancukiçin transferindən əldə olunacaq vəsaiti yeni oyunçunun keçidinə xərcləmək niyyətindədir.
Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031