dini radikalizm və ekstremizmlə mübarizə

Qarabağ" APOEL-lə cavab matçına çıxacaq

Qarabağ" APOEL-lə cavab matçına çıxacaq

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununu keçirəcək.

APA-nın məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa çıxacaq.

Qurban Qurbanovun yetirmələri Kiprin APOEL klubu ilə görüşəcək. Səfərdə 2:1 hesabı ilə qalib gələn təmsilçimiz rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.

Mövsümdə ilk dəfə bu arenada meydana çıxacaq “Qarabağ” bu yay keçirdiyi 5 avrokubok matçında uduzmayıb. Ağdam klubu pley-offa yüksəlmək üçün bu seriyanı davam etdirməlidir. Çempionumuzu hətta 0:1 hesablı məğlubiyyət də qane edəcək.

“Qarabağ” APOEL səddini adlasa, avrokubokların qrup mərhələsinə vəsiqəni təmin edəcək. Çünki Çempionlar Liqasının pley-offunda oynamaq hüququ əsas mərhələdə iştirak anlamına gəlir. III təsnifat mərhələsini keçən komanda pley-offdakı uğurla Çempionlar Liqasının, əks halda isə Avropa Liqasının qrupunda oynayır. Bugünkü uğur “Qarabağ”ın ardıcıl 6-cı dəfə qrupa düşməsini rəsmiləşdirəcək.

Qeyd edək ki, “Qarabağ” – APOEL cütünün qalibi pley-offda “Ayaks” – PAOK duelinin güclüsü ilə qarşılaşacaq. Bakıdakı matçda mübarizəni dayandıran komanda isə Avropa Liqasının pley-offunda “Sutyeska” – “Linfild” cütünün qalibi ilə görüşəcək.

Çempionlar Liqası
III təsnifat mərhələsi
Cavab oyunu
Çempionlar yolu
13 avqust
20:30. “Qarabağ” – APOEL (Kipr)
Baş hakim: Daniel Siebert
Baş hakimin köməkçiləri: Yan Seydel, Lasse Kozlovski
Dördüncü hakim: Martin Petersen (hamısı Almaniya)
Hakim-inspektor: Yorn Vest Larsen (Danimarka)
UEFA nümayəndəsi: Velid İmamoviç (Bosniya və Herseqovina)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 2:1

Oxunub: 577
Oxşar xəbərlər
SON XƏBƏRLƏR