dini radikalizm və ekstremizmlə mübarizə

Peşəkar Futbol Liqası “Topaz”a əvəzləyici axtarır

Peşəkar Futbol Liqası “Topaz”a əvəzləyici axtarır

Peşəkar Futbol Liqası 2019/2020-ci illər futbol mövsümü üçün Premyer Liqanın titul sponsorluğu ilə əlaqədar tender elan edib.

APA-nın məlumatına görə, tenderdə iştirak etmək istəyən şirkətlər Premyer Liqanın təbliğinin təşkil olunmasında PFL ilə birgə çalışmalıdır.

Bu tenderin qalibi şirkətinin tanıtımı, təbliği üçün Premyer Liqada bütün reklam vasitələrindən istifadə səlahiyyətinə malik olacaq. Əməkdaşlığın ümumi maliyyə dəyəri müraciət edən şirkətlərlə qarşılıqlı razılıq əsasında müəyyənləşəcək.

Tenderdə iştirak üçün son müraciət tarixi sentyabrın 6-dır.

Qeyd edək ki, son 7 ildə PFL-in titul sponsoru “Topaz” şirkəti olub.

Oxunub: 630
Oxşar xəbərlər
SON XƏBƏRLƏR