dini radikalizm və ekstremizmlə mübarizə

Türkiyəli futbolçu Fransa klubu ilə 5 illik müqavilə imzalayıb

Türkiyəli futbolçu Fransa klubu ilə 5 illik müqavilə imzalayıb

Fransanın “Lill” klubu heyətini yeni futbolçu ilə gücləndirib.

APA-nın məlumatına görə, Liqa1 təmsilçisi türkiyəli Yusuf Yazıçını heyətinə qatıb.

“Trabzonspor”un 22 yaşlı yarımmüdafiəçisi ilə 5 illik müqavilə imzalanıb. “Lill” bu transfer üçün 17,5 milyon avro ödəyib. Bundan başqa, Liqa1 təmsilçisinin portuqaliyalı oyunçusu Edqar Lenin satışından əldə edəcəyi məbləğin yarısı türkiyəlilərə çatacaq.

Y. Yazıçının gələcəkdə başqa komandaya transfer olunması da “Trabzonspor”a əlavə pul qazandıracaq. “Lill” satışdan əldə edəcəyi məbləğin 20 faizini bu komandaya ödəyəcək.

Oxunub: 601
Oxşar xəbərlər
SON XƏBƏRLƏR