» » “Barselona”nın futbolçusu “Zenit”ə keçib

“Barselona”nın futbolçusu “Zenit”ə keçib

  • 3-08-2019, 13:15
  • idman
  • 35
“Barselona”nın futbolçusu “Zenit”ə keçib

İspaniyanın “Barselona” klubunun futbolçusu Malkom karyerasını Rusiyada davam etdirəcək.

APA-nın məlumatına görə, 22 yaşlı braziliyalı yarımmüdafiəçi “Zenit” klubuna transfer olunub.

Şimallılar “sambaçı” ilə 5 illik müqavilə imzalayıb. O, 2024-cü ilin yayına qədər Sankt-Peterburq təmsilçisində çıxış edəcək.

Malkomun keçidi 40 milyon avroya başa gəlib. “Barselona” bonuslar hesabına daha 5 milyon qazana bilər. Futbolçunun özü isə ildə 6,5 milyon avro qazanacaq.

Qeyd edək ki, “Korintians”ın yetirməsi olan braziliyalı “Barselona”ya 2018-ci ilin yayında “Bordo”dan keçib. 41 milyon avroya alınan yarımmüdafiəçi ötən mövsüm 15 oyunda 1 qol vurub.
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30