» » Qurban Qurbanov qəza törədən qapıçı barədə danışdı

Qurban Qurbanov qəza törədən qapıçı barədə danışdı

  • 17-12-2016, 21:05
  • idman
  • 231
Qurban Qurbanov qəza törədən qapıçı barədə danışdı
Azərbaycan Premyer Liqasının 14-cü turunda evdə “İnter”lə heç-heçə edən (0:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyun sonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

DJB.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, Qurbanov eyni zamanda 6 aylıq körpənin ölümü ilə nəticələnən qəzanı törədən qapıçı Emil Balayev haqda sualı cavablandırıb:

- Maraqlı oyun alındı. Futbolçuların çıxışından razı qaldım. İlin sonları olsa da, yaxşı oynadılar. Onlara göstərdikləri oyuna görə təşəkkür edirəm. Oyuna gələn azarkeşlərə də təşəkkür edirəm. Bu cür havada komandanı dəstəklədilər. Belə havada oynamaq çətin idi.

- 2016-cı ildə komandadan razı qaldınız?

- Düzünü desəm, razı qaldım. İlk çempion olduq, kuboku qazandıq və Avroliqada qrupa vəsiqə qazandıq. Minimum vəzifəni yerinə yetirdik. Qrupdan çıxmaq istəyirdik. Ancaq alınmadı. Ötən illərə nisbətən daha çox xal topladıq. Bəzi oyunçuların çıxışından narazı qaldım. Ümumi götürəndə razıyam.

- Qış transfer pəncərəsində yeni transfer olacaq?

- Hücum xəttini gücləndirmək istəyirik. Nə qədər alınacaq bilmirəm. Yerli futbolçu transferi çətindi. Çünki hamısının müqaviləsi var. Yəqin ki, legioner cəlb etməyə çalışacağıq.

- Namiq Ələsgərov son vaxtlar formada deyil. İcarəyə verilə bilər?

- Bu barədə heç bir söz deyə bilmərəm. Nə isə dəyişiklik olsa, bu barədə məlumat verəcəyik. Onu bu gün meydana buraxmaq istəyərdim. Ancaq hava şəraiti yaxşı olmadığından, meydana buraxmadım. Komanda qışda Antalyaya yollanacaq.

- Türkiyədə simpatiya bəslədiyiniz komandanın “Beşiktaş” olduğunu demişdiniz. Bu yaxınlarda bu komandayla oynamaq ehtimalınız var.

- Bəli, Türkiyədə “Beşiktaş”a azarkeşlik edirəm. Rəhbərlik səviyyəsində danışıq olub. Oyunun nə vaxt keçiriləcəyini bilmirəm. Bizim üçün yaxşı təcrübə olacaq. Dost ölkə, dost komandaya qarşı oynayacağıq. Fikrimcə, bu oyunun klub üçün faydası çox olacaq.

- Şaranovun komandadan göndərilmək ehtimalı var. Nəzərə alaq ki, son vaxtlar əsas heyətə düşə bilmir...

- Belə bir şey yoxdu. İştirak ərizəsinə 2 qapıçı sala bilərik. Buna görə hərdən kənarda qalır. Ümumilikdə hər komandada 3-4 qapıçı olmalıdı.

- Bu yaxınlarda qəza törətmiş Emil Balayevlə danışmısız?

- O, pis avtomobil idarə etmir. Bu, hamının başına gələ bilər. Çox məyusdu. Ona səbr diləyirəm. Onda günah axtarmaq, tənqid etmək düzgün olmaz.
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728