dini radikalizm və ekstremizmlə mübarizə

Ağdam Olimpiya İdman Kompleksində "Qarabağ şəhidlərinin xatirəsi "nə həsr olunmuş yarış başa çatdı

Ağdam Olimpiya İdman Kompleksində "Qarabağ şəhidlərinin xatirəsi "nə həsr olunmuş yarış başa çatdı

Djb.az xəbər verir i, Azərbaycan Qocyu-Ryu Okinava Karate-Do Kabudo- Kempo Növləri Federasiyasının və BJKKF-nin 20-21.07.2019 -cu il tarixlərində təşkil etdiyi "Qarabağ şəhidlərinin xatirəsi"nə həsr olunmuş yeniyetmələr, gənclər, qızlar və kişilər arasında l Açıq Respublika Turniri keçirildi.
Respublika Turniri Ağdam rayonu Quzanlı qəsəbəsi Ağdam Olimpiya İdman Kompleksində keçirildi. Ev sahibliyi və təşkilatçılığı Azərbaycan Okinava karate do və Kobudo Kempo növləri federasiyasının regionların inkişafı üzrə vitse prezidenti Ruslan Quliyevə məxsus idi.

Tədbir Azərbaycan Respublikasının himni ilə açıldı, sonra şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.

Respublika Turniri kumite yarışı 6-7 yaşlı uşaqlar, 8-9,10-11,12-13,14-15 yaş yeniyetmə qızlar və oğlanlar, 16-17 və 18 yaşdan yuxarı gənclər və kişilər arasında keçirilərək qaliblər təyin olundu.

İdmançıları salamlamaq üçün natiqlərdən çıxış üçün söz əməkdar bədən tərbiyəsi və idman xadimi beynəlxalq Judo Kobute və Kempo-Ryu Federasiyasının prezidenti 8-ci dan qara kəmər sahibi Tarverdi Allahverdiyevə verildi. O, idmançılara uğurlar dilədi.

Tədbirdə Federasiyanın l vitseprezidenti Vüqar Həziyev, Ağdam rayon ictimayyəti, rayon icra hakimiyyətinin l mavini Ağa Zeynalov, İcra başçısının köməkçisi Orxan Ələsgərov, Ağdam rayon Gənclər və Idman Idarəsinin rəisi Elnur Əhmədov, rayon Olimpiya İdman Kompleksinin direktoru Bəhruz Kazımov və qazilər iştirak edirdilər.

Yarışda Ağdam, Əlibayram, Goranboy, Hacıqabul, Okinavo, Oğuz, Yasamal, Qobustan, İsmayıllı, Tornado, Mingəçevir, Qaradağ, Bərdə, Şəmkir, Kürdəmir komandaları iştirak edirdilər.

Fərqlənən idmançılara medallar, diplomlar, sertifiqatlar və idman dərəcələri verildi.
Yarışa Avropa və dünya çempionu Elçin Mahmudov, dəfələrlə beynəlxalq yarışların qalibi Elnur Şəfiyev, Avropa dünya çempionu əməkdar məşqçi, federasiyanın vitse prezidenti Həzili Vüqar, dünya çempionu Azad Məmmədov, Azərbaycan və dünya çempionu Şəms Əhmədova hakimlik edirdilər.


ALMAZ İLAHƏ



Oxunub: 642
Oxşar xəbərlər
SON XƏBƏRLƏR