» » Kristian Efros: "Neftçi" ilə matçın videoyazıya baxdıqdan sonra da haqlı olduğumu gördüm"

Kristian Efros: "Neftçi" ilə matçın videoyazıya baxdıqdan sonra da haqlı olduğumu gördüm"

  • 18-07-2019, 14:53
  • idman
  • 33
Kristian Efros: "Neftçi" ilə matçın videoyazıya baxdıqdan sonra da haqlı olduğumu gördüm"

"Bakıya futbol oynamağa gəlmişik. Əsas özümüzə olan inamımızdır. Bunun üçün sabah hər şey yaxşı olmasına çalışacağıq".

APA-nın məlumatına görə, bunu Avropa Liqasının I təsnifat mərhələsində "Neftçi" ilə keçiriləcək cavab oyunu öncəsi "Sperantsa"nın baş məşqçisi Kristian Efros deyib.

O, matçın keçiriləcəyi "Bakcell Arena"da bu gün təşkil edilən mətbuat konfransında bildirib ki, ilk matçda 0:3 hesablı məğlubiyyətə layiq olmayıblar: "Məncə, Moldovada nəticə 0:0 olmalı idi. Hətta bəzi anlarda bizim hücumlarımız daha kəsərli idi. Həmin görüşdən sonra bəzi fikirlər səsləndirmişdim. Videoyazıya baxdıqdan sonra da haqlı olduğumu gördüm. Fikrimi dəyişməmişəm. Ola bilsin ki, bir qədər emosiyalarıma qapılmışam. Siz də bizim yerimizdə olsaydınız, 0:3 hesablı məğlubiyyətə layiq olmadığınızı görərdiniz".


Gənc mütəxəssis paytaxtımızın onda müsbət təəssürat oyatdığını qeyd edib: "Bakı çox gözəl şəhərdir. Ümumiyyətlə, Azərbaycan gözəl ölkədir. Heç bir narazılığımız yoxdur. Hər ürəyimizcədir. Bakı ilə bağlı yalnız pozitiv düşüncədəyik. Eyni zamanda, oyunun keçiriləcəyi stadionla bağlı da bir iradımız yoxdur".

Qeyd edək ki, cavab oyunu sabah 21:00-da start götürəcək.
Oxşar xəbərlər
«    Ağustos 2019    »
PtSaÇaPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031