» » Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatının hazırlığına başlayıb

Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatının hazırlığına başlayıb

  • 16-07-2019, 14:21
  • idman
  • 51
Yunan-Roma güləşi üzrə Azərbaycan millisi dünya çempionatının hazırlığına başlayıb

Yunan-Roma güləşi üzrə Azərbaycan milli komandası Göygöldə növbəti təlim-məşq toplanışına start verib.

APA-nın məlumatına görə, iyulun 14-dən Göygöl Olimpiya İdman Kompleksində hazırlıq prosesinə başlayan yığma geniş heyətlə toplanışda iştirak edir.

Baş məşqçi Şaban Donat, böyük məşqçi Rövşən Bayramov, məşqçilər Emin Əhmədov və Turac Hüseynli, eləcə də gənclərdən ibarət yığmamızın böyük məşqçisi Nurəddin Rəcəbovun rəhbərliyi altında 30-a yaxın güləşçi Göygöl hazırlığına cəlb olunub. Heyətdə böyüklərlə yanaşı, bir neçə gənc güləşçi də yer alıb. Komandamız iyulun 31-dək davam edəcək təlim-məşq toplanışında əsasən fiziki hazırlıq üzərində çalışacaq.

Qeyd edək ki, hazırlıq sentyabrın 14-dən 22-dək Qazaxıstanın paytaxtı Nur-Sultanda keçiriləcək dünya çempionatına hazırlıq xarakteri daşıyır.
Oxşar xəbərlər
«    Eylül 2019    »
PtSaÇaPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30