dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan voleybolçusu: “Çalışacağıq ki, Avropa Gənclər Yay Olimpiya Festivalında gözəl oyun göstərək”

Azərbaycan voleybolçusu: “Çalışacağıq ki, Avropa Gənclər Yay Olimpiya Festivalında gözəl oyun göstərək”

“Avropa Gənclər Yay Olimpiya Festivalında çıxış edəcək komandamız Azərbaycan çempionatında U-19 adı altında mübarizə aparıb. Doğrusu, festivala hazırlıqlara elə Yüksək Liqada iştirakımızla başlamışıq”.

APA-nın məlumatına görə, bunu Azərbaycan millisinin voleybolçusu Mais Verdizadə deyib.

O, iyulun 21-27-də Bakıda keçiriləcək XV Avropa Gənclər Yay Olimpiya Festivalına hazırlıqla bağlı danışıb. 18 yaşlı blokçu bildirib ki, A qrupundakı rəqibləri Belarus, Almaniya və Rusiyaya qarşı layiqli mübarizə aparmağa çalışacaqlar: “Çempionatdan sonra festivala hazırlıq mərhələsində bir neçə yoldaşlıq görüşlərimiz olub. Yarışların başlamasına çox az bir vaxt qalıb. Komandamızda yüksək əhval-ruhiyyə var. Rəqiblərimiz bilinir, biz də məşqlərimizi onların oyun taktikalarına uyğun keçirik. Ölkəmizin belə mötəbər festivala ev sahibliyi etməsinin biz idmançılar üçün müsbət tərəfləri çoxdur. Doğma meydanda öz azarkeşlərimiz qarşısında çıxış edəcəyik. Doğrudur, bunun böyük məsuliyyət olduğunu da anlayırıq və çalışacağıq ki, gözəl oyun göstərək”.

Qeyd edək ki, oğlan voleybolçuların yarışında 8 yığma qüvvəsini sınayacaq. B qrupunda isə Bolqarıstan, İtaliya, Çexiya və Belçika yer alıblar.

Oxunub: 535
Oxşar xəbərlər
SON XƏBƏRLƏR