dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan Universiadada beşinci medalını qazanıb

Azərbaycan Universiadada beşinci medalını qazanıb

İyulun 12-də İtaliyanın Neapol şəhərində keçirilən XXX Ümumdünya Yay Universiadasında ölkəmizi təmsil edən taekvondoçulardan Patimat Abakarova bürünc medala sahib olub.

Azərbaycan Taekvondo Federasiyasından Trend-ə verilən məlumata görə, 53 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız Çin (18:0), Rusiya (11:5) və almaniyalı (5:2) rəqiblərini məğlub edərək yarımfinala vəsiqəni təmin edib.

Növbəti koreyalı rəqibi isə keçilməz olub. İdmançımız rəqibinə 1:0 hesabı ilə məğlub olub.

Beləliklə, komandamız universiadanı bir bürünc medalla başa vurub.

Qeyd edək ki, bu, millimizin Universiadada qazandığı beşinci medal olub.

Oxunub: 573
Oxşar xəbərlər
SON XƏBƏRLƏR