» » "Qəbələ" Mozambik yığmasının hücumçusunu transfer edib

"Qəbələ" Mozambik yığmasının hücumçusunu transfer edib

  • 11-07-2019, 12:00
  • idman
  • 12
"Qəbələ" Mozambik yığmasının hücumçusunu transfer edib
2019/20 mövsümünün hazırlıqlarını davam etdirən “Qəbələ” növbəti transferini gerçəkləşdirib.

APA-nın klubun saytına istinadən məlumatına görə, bunadək Fernan Ferreyra Lopes, Merab Qiqauri, Kamal Mirzəyev, Sadiq Quliyev və Kristian Kouakounu heyətinə qatan “qırmızı-qaralar” Mozambik yığmasının üzvü Klesio Palmirim David Bauk ilə anlaşıb.

25 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.


1994-cü ildə Maputu şəhərində anadan olan Klesio futbol həyatına "Ferroviariu" klubunda başlayıb. Ardınca o, "Benfika" (2012-13), “Benfika B” (2013-16), “Harrisburq Siti” (2014), “Panetolikos” (2016-18) klublarının şərəfini qoruyub. Mozambikli son mövsümü Türkiyənin “İstanbulspor” klubunda keçirib.

Hücumçu 2011-ci ildən Mozambik yığmasının şərəfini qoruyur.
Oxşar xəbərlər
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031