» » Rumıniya klubunun kapitanı: "Məqsədimiz "Səbail"i keçməkdir"

Rumıniya klubunun kapitanı: "Məqsədimiz "Səbail"i keçməkdir"

  • 11-07-2019, 12:26
  • idman
  • 15
Rumıniya klubunun kapitanı: "Məqsədimiz "Səbail"i keçməkdir"

"Növbəti mərhələ haqda düşünmürük. Məqsədimiz "Səbail"i keçməkdir".

APA-nın məlumatına görə, bunu Rumıniyanın "Universitatya Krayova" komandasının futbolçusu Nikuşor Banku deyib.

Komandasının kapitanı sabah "Səbail" ilə Bakıda keçirəcəkləri UEFA Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan öncə jurnalistlərin suallarını cavablandırıb. O bildirib ki, azarkeşlər və rəhbərlik onlardan növbəti mərhələyə keçməyi gözləyir: "Komanda 100 faiz hazır olmasa da, əlimizdən gələni edəcəyik. Maykl Essyeni "Çelsi"dən tanıyırıq, çox yaxşı oyunçudur. Hazırda cavan yaşlarında olmasa da, təcrübəsi var. "Səbail"in Essyendən başqa da yaxşı oyunçular var. Onlara hörmətlə yanaşırıq. Matçdan sonra fürsət düşərsə, Essyenlə şəkil çəkdirərəm".
Oxşar xəbərlər
«    Temmuz 2019    »
PtSaÇaPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031