» » "Azərreyl" Çempionlar Liqasında ilk oyununu qələbə ilə başa vurub

"Azərreyl" Çempionlar Liqasında ilk oyununu qələbə ilə başa vurub

  • 15-12-2016, 23:29
  • idman
  • 122
"Azərreyl" Çempionlar Liqasında ilk oyununu qələbə ilə başa vurub
Azərbaycanı Çempionlar Liqasında təmsil edən qadın voleybolçulardan ibarət "Azərreyl" komandası bu gün ilk oyununu keçirib.
Ölkə çempionunun yer aldığı C qrupundakı ilk rəqibi Polşanın "Dabrova Qornitsa" komandası olub.
Bakı Voleybol Mərkəzində keçirilən qarşılaşmanın ilk seti Azərbaycan təmsilçisinin xeyrinə başa çatıb - 25:21. Lakin Polşa komandası ikinci setdə üstünlüyü ələ alıb və 25:15 hesablı qələbə qazanıb. Üçüncü setdə isə yenidən "Azərreyl" rəqibə öz gücünü göstərib. Bu dəfə meydan sahibləri 25-22 hesabı ilə üstün olub.
Görüşün 4-cü setində Azərbaycan təmsilçiləri 28-26 hesabla, ümumilikdə isə 3:1 hesabı ilə qalib gəlib.
"Azərreyl" növbəti qarşılaşmasını yanvarın 11-də Türkiyədə "Fənərbağça"ya qarşı keçirəcək. Komandamızın sonrakı ev oyunlarını fevralın 9-da Fransanın "Sen-Rafael", həmin ayın 23-də isə Türkiyənin "Fənərbağça" klubuna qarşı keçirəcək. Bakıdakı qarşılaşmalar 18:00-da başlayacaq.
Yanvarının 25-də Fransada "Sen-Rafael"lə qarşılaşacaq komanda fevralın 28-də isə Polşada meydana çıxacaq.
Qeyd edək ki, Azərbaycanın Çempionlar Liqasındakı digər təmsilçisi "Telekom" ilk görüşünü İtaliyada "İmoko Volley"ə qarşı keçirib. Həmin qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.
Çempionlar Liqası, qrup mərhələsi, I tur
C qrupu
18:00. "Azərreyl" (Azərbaycan) - "Dabrova Qornitsa" (Polşa) - 3:1 (25:21, 15:25, 25:22, 28:26).
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
Aydın Ulusoyla baxış bucağı
Aydın Ulusoyla baxış bucağı
SAVADIN QİYMƏTİ NƏ QƏDƏRDİR? XVIII əsrin ikinci yarısı buxar maşınları sənayesində geniş miqyaslı dəyişikliklər ilə yadda Читать далее
Nuray Dənizin maraq otağı silsiləsindən
Nuray Dənizin maraq otağı silsiləsindən
BİZ HARDAN GƏLİRİK VƏ HARA GETMƏLİYİK? Bəzən klassiklərdən birinin məqaləsini, şeirini, hekayəsini paylaşırsan. O dəqiqə bir Читать далее
Xədicə Abdulla araşdırma
Xədicə Abdulla araşdırma
QANDİNİN QƏRİBƏLİKLƏRİ Şiddətsiz inqilab etməyin mümkünlüyünü nümayiş etdirsə də, əslində Mahatma Qandi müqəddəs deyildi. Читать далее
«    İyun 2018    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930