» » Millimizin baş məşqçisi məğlubiyyətə görə azarkeşlərdən üzr istədi

Millimizin baş məşqçisi məğlubiyyətə görə azarkeşlərdən üzr istədi

  • 12-06-2019, 10:14
  • idman
  • 23
Millimizin baş məşqçisi məğlubiyyətə görə azarkeşlərdən üzr istədi

"Belə nəticədən sonra nəsə demək çətindir. Slovakiyanı təbrik edirəm. Çox yaxşı oynadılar".

Unikal.org xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç deyib.

AVRO-2020-nin seçmə mərhələsində "Bakcell Arena"da Slovakiyanı qəbul edən yığmamız böyük hesabla (1:5) məğlub olub. Matçdan sonra baş tutan mətbuat konfransında xorvatiyalı çalışdırıcı bildirib ki, oyuna yaxşı başlasalar da ardını gətirə bilməyiblər: "Bəzi anlarda topa sahib olduq, kombinasiyalı hücumlar qurmağa çalışdıq. Lakin rəqibin ilk həmləsində qol buraxdıq. Ramil Şeydayevin qolundan sonra geridönüşə ümid yarandı. Araz Abdullayevin fərqlənmək imkanı oldu. Hesab 1:4 olduqda oyun bitdi. Rəqibin heyətində Lobotkanın transfer qiyməti 25 milyon avrodur. Bizim bütün futbolçuların ümumi qiyməti bu qədər deyil".
Oxşar xəbərlər
«    Haziran 2019    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930