» » Slovakiya millisinin baş məşqçisi: "Bakıda isti hava ilə də mübarizə aparmalıyıq"

Slovakiya millisinin baş məşqçisi: "Bakıda isti hava ilə də mübarizə aparmalıyıq"

  • 3-06-2019, 10:46
  • idman
  • 134
Slovakiya millisinin baş məşqçisi: "Bakıda isti hava ilə də mübarizə aparmalıyıq"“Komandamız üçün mövsüm başa çatandan sonra - iyunda seçmə oyun keçirmək münasib deyil. Amma bunun öhdəsindən gəlməliyik”.

ONA-nın məlumatına görə, bunu Slovakiya millisinin baş məşqçisi Pavel Hapal deyib.

Təcrübəli mütəxəssis AVRO-2020-nin seçmə mərhələsinin Azərbaycan millisi ilə iyunun 11-də Bakıda keçiriləcək görüşü barədə fikirlərini açıqlayıb: “Uzun yol və oyun zamanı bizi gözləyən isti hava ilə də mübarizə aparmalıyıq. İndidən Bakıda 31 dərəcə isti var. Hazırlıq üçün 10 günə yaxın vaxtımız var. Bütün futbolçuların 100 faiz olması üçün hər şey edəcəyik”.

P.Hapal yığmamızın oyununu izlədiyini də qeyd edib: “Xorvatiya – Azərbaycan matçını izləmişik. Rəqibimizin müdafiə səddini yarıb qapısına qədər irəliləmək çətindir. Başa düşürük ki, qol vurmaq üçün sürətli hücumlar və cinahdan perpendikulyar ötürmələrdən yararlanmalıyıq. Bütün oyunçularımız Bakıda qələbə qazanmaq istəyirlər. Belə köklənmə də çox yaxşı haldır”.
Oxşar xəbərlər
«    Şubat 2020    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
242526272829