dini radikalizm və ekstremizmlə mübarizə

Futbol bayramı baş tutdu, qalanı vacib deyil

Futbol bayramı baş tutdu, qalanı vacib deyil

...Vokalı zərif şəkildə hərəkətə gətirən tanış əfsanə. Fortepiano klavişlərinə ehtiyatla və hiyləgərcəsinə toxunan... “I've paid my dues - Time after time - I've done my sentence - But committed no crime” (“Bütün hesabları ödəmişəm, lakin özümü heç vaxt günahkar saymamışam”)...

Çox tanış bir motiv astrofizikin tarıma çəkilmiş simlər vasitəsilə ifa etdiyi gitara partiyası ilə daha da zənginləşir... “And bad mistakes - I've made a few - I've had my share of sand kicked in my face - But I've come through - And I need to go on and on and on and on” (Bəlkə də, düz hərəkət etməmişəm və neçə ildir arxasınca sürünmüşəm, lakin mənim vaxtım çatdı! İndi isə irəli, irəli, irəli, irəli”)...

UEFA Avropa Liqasının möhtəşəm final oyunundan əvvəl Bakı Olimpiya Stadionunu dolduran azarkeşlərin son dəqiqələrə qədər bir anlıq nəfəsləri dayanır... və növbəti dəfə ab-hava coşur.

…“We are the champions, my friend”…

Vəssalam. Bununla hər şey deyildi. London “Çelsi”si UEFA Avropa Liqasının 2018/2019 mövsümünün qalibi elan olundu. Bir neçə gün KİV-də qızğın şəkildə bəhs olunan matç şərəfli idman tarixinin növbəti səhifələrinə yazıldı.

Hər şeyə rəğmən, futbol bayramı baş tutdu!

Və budur – həqiqət anı. Qalanı isə vacib deyil. Bakının coğrafiyasının xoşagəlməzliyi ətrafında boş hay-küy.

Stadion sahiblərinin təhlükəsizliyi təmin etmək baxımından bacarıqsızlığı ilə bağlı yayılan bütün bu şayiələr sovuşub getdi və son dərəcə diqqət çəkməyən bir vəziyyət aldı. Yalnız tribunalarda “aristokratlar”ın – tarixində ikinci dəfə Avropa Liqasını qazanan komandanın azarkeşlərinin həyəcanına baxmaq qalırdı.

“Arsenal” fanatlarının oyunun nəticəsinə görə keflərinin pozulması bu bayramın bir hissəsi oldu. Və yerli azarkeşlər. Və Avrokubokun finalına tamaşa etmək üçün yaxın və uzaqdan Azərbaycan paytaxtına gələn “futbol müharibəsi”ni qiymətləndirənlər.

Final baş tutdu. Heç bir pozuntu olmadan. Futbol bayramının baş tutmayacağı ilə bağlı Bakının ünvanına səsləndirilən yersiz ittihamlara baxmayaraq, final yüksək səviyyədə keçdi. Ən azı, oyunun ikinci hissəsi çoxmilyonlu teletamaşaçı ordusuna gözəl futbol bəxş etdi. İstənilən zövqə uyğun beş qol. Turnirin finalının təkrarolunmaz ab-havası.

“Göylər”in uğurunun əsası “Arsenal”ın sabiq oyunçusu Olivye Jiru tərəfindən qoyuldu – gözəl tullanışla rəqib müdafiəçiləri geridə qoyaraq topu Petr Çexin qoruduğu qapının yaxın küncünə göndərdi. Bu, Fransa yığmasının heyətində dünya çempionu olmuş futbolçuya avrokuboklarda vurulan qolların sayına görə rekord müəyyən etməyə - 11 – və Avropa Liqasının ən yaxşı bombardiri olmağa imkan verdi. Sonra Pedro Rodrigesin birincidən heç də geri qalmayan qolu və Eden Azarın iki qolu. Buna Aleks İvobi “Çelsi”nin qapısının “doqquzluğ”una fantastik zərbəsi ilə cavab verdi.

Halbuki finala qədər futboldan başqa hər şey müzakirə olundu. İngilis azarkeşlər UEFA-nı turnirin taleyinin həll olunacağı şəhər qismində Bakını seçdiyinə görə ittiham etdilər. Böyük Britaniya Xarici İşlər Nazirliyi isə Bakıda guya ciddi kriminogen durumu səbəb göstərməyə çalışaraq öz vətəndaşlarını Azərbaycana səfər etməkdən çəkinməyə çağırdı.

Əsl isteriya isə Bakıda digər London komandası ilə qarşılaşmada komandasının şərəfini qorumaqdan qorxan “Arsenal”ın erməni oyunçusu Henrix Mxitaryanla bağlı oldu. Düşünürük ki, final ətrafında gedən söz-söhbətlərə, təfərrüata qayıtmaq yersizdir.

Yalnız böyük yumor hissi ilə demək olar ki, artıq Mxitaryan onsuz qalan komandasının darmadağın olduğunu bəyan etməklə gündə yüz dəfə sinəsinə döyə bilər.

Əgər o, “Arsenal”ın heyətində olsaydı, “zadəganlar”ın işi çətin olacaqdı. O, düşüncəsiz qərar verərək Bakıya gəlmədiyi üçün klubdakı həmkarı Məsud Özil “Çelsi” müdafiəsində var gücü ilə boşluq axtarmağa çalışırdı.

Və oyundan sonra KİV səhifələrində Britaniya futbolunun nəhənglərini qəbul edən təşkilatçı ölkəyə qara yaxmağa davam edirlər. Lakin təşkilatçılıq sözün əsl mənasında yüksək səviyyədə oldu. Hər iki komandanın azarkeşlərinin stadiona çatdırılmasında və oyun boyunca problem yaşanmadı. Həmçinin, onların şəhərin mərkəzinə qədər çatdırılması təmin olundu.

Polis öz işini vicdanla gördü. Öz dalaşqanlığı ilə tanınan britaniyalı futbol azarkeşləri bəzən bir-birilərinin əsəbləri ilə oynadılar. Lakin asayiş keşikçiləri tərəfindən bu “müharibə” arzusunun qarşısı peşəkar şəkildə alındı.

Oxunub: 559
Oxşar xəbərlər
SON XƏBƏRLƏR