dini radikalizm və ekstremizmlə mübarizə

"Mançester Siti" İngiltərə Premyer Liqasının qalibi oldu

"Mançester Siti" İngiltərə Premyer Liqasının qalibi oldu
Bu gün İngiltərə Premyer Liqasının sonuncu 38-ci turu keçirilib.

Djb.az-in Teleqraf.com-a istinadən məlumatına gorə, turnir cədvəlinə liderlik edən "Mançester Siti" "Brayton"un qonağı olub. Oyunun 27-ci dəqiqəsində ev sahibi hesabda irəli keçsədə, qonaqlar cəmi 1 dəqiqə sonra qolun əvəzini çıxıblar və ilk hissənin sonlarına yaxın hesabda önə keçməyi də bacarıblar.


İkinci hissədə qonaqlar üstünlüyü əldən verməyiblər və rəqibin qapısından daha 2 top keçiriblər. Oyun "Mançester Siti"nin 1:4 hesablı qələbəsi ilə yekunlaşıb.


Qollar: Qlen Mürrey (27-ci dəqiqə), Serxio Aquero (28-ci dəqiqə), Emerik Lyaport (38-ci dəqiqə), Riyad Mahrez (63-cü dəqiqə) və İlkay Gündoğan (72-ci dəqiqə).


"Mançester Siti"nin turnir cədvəlində ən yaxın izləyicisi olan "Liverpul" öz meydanında "Vulverhempton"u 2:0 hesabı ilə məğlub edib.


Turnir cədvəlində "Mançester Siti" 98 xal, "Liverpul" isə 97 xal toplayıblar.


Beləliklə, "Mançester Siti" İngiltərə Premyer Liqasının 2018/2019 mömsümünün qalibi olub.

Oxunub: 968
Oxşar xəbərlər
SON XƏBƏRLƏR