dini radikalizm və ekstremizmlə mübarizə

AFFA Mxitaryanın təhlükəsizliyinə zəmanət verib, lakin “Arsenal” bu barədə məlumat almayıb

AFFA Mxitaryanın təhlükəsizliyinə zəmanət verib, lakin “Arsenal” bu barədə məlumat almayıb
Londonun “Arsenal” komandası UEFA-dan klubun yarımmüdafiəçisi Henrix Mxitaryanın Avropa Liqasının Bakıda keçiriləcək final oyununda iştirakı zamanı təhlükəsizliyini təmin edəcək zəmanət almaq istəyir.

“Oyunçularımızın təhlükəsizliyi bizim üçün birinci dərəcəli əhəmiyyət daşıyır. Biz UEFA-dan Mxitaryanın Bakıda keçiriləcək oyunlar zamanı təhlükəsizliyinin təmin edilməsinə dair zəmanət gözləyirik. Biz bu zəmanətin verilməsinə dair heç bir sənəd əldə etməmişik və ümid edirik ki, UEFA bunu qısa zamanda təmin edəcək. Biz final matçının seçildiyi şəhərə görə Mxitaryanın turnirin final oyununda iştirak edə bilməyəcəyindən çox narahatıq”, - deyə komandanın nümayəndəsi Britaniya KİV-inə bildirib.

Associated Press isə yazır ki, UEFA və “Arsenal” AFFA-ya məsələ ilə bağlı sorğu göndərib və sözügedən qurum Mxitaryanın Azərbaycana gəlişi zamanı problem yaranmayacağını, təhlükəsizliyinin təmin ediləcəyini təsdiq edib.

UEFA da Mxitaryanın Azərbaycana səfəri ilə bağlı problemin olmayacağını bəyan edib:

“Bu standart prosedurdur, biz zəmanət tələb etdik və bunun təsdiqini də aldıq”.

Öz növbəsində AFFA UEFA-nın sorğusunu müsbət cavablandıraraq, futbolçunun təhlükəsizliyinin təmin ediləcəyini təsdiqləyib.

Qeyd edək ki, UEFA Avropa Liqasının finalı mayın 29-da Bakıda baş tutacaq. Londonun iki məşhur klubu - “Arsenal” və “Çelsi” Bakıda qələbə uğrunda mübarizə aparacaq.

Xatırladaq ki, daha əvvəl Henrix Mxitaryan Dortmund “Borussiya”sında oynadığı vaxt “Qəbələ” ilə matç üçün Bakıya gəlməmişdi. Ötən ilin payızında isə o, “Qarabağ” - “Arsenal” oyunu üçün ikinci dəfə Bakıya gəlməkdən çəkinmişdi.

Oxunub: 643
Oxşar xəbərlər
SON XƏBƏRLƏR