dini radikalizm və ekstremizmlə mübarizə

Avrokuboklar tarixində ilk dəfə finallarda eyni ölkə təmsil olunacaq

Avrokuboklar tarixində ilk dəfə finallarda eyni ölkə təmsil olunacaq
Avropa futbolunda ilk qeydə alınıb.

Djb.,az-in ONA-ya istinadən məlumatına gorə, tarixdə ilk dəfə qitə miqyaslı turnirlərin finallarında yalnız bir ölkə təmsilçiləri mübarizə aparacaq.


Buna İngiltərə klubları imza atıblar. Çempionlar Liqasının ardından Avropa Liqasında da hər iki finalçı Premyer Liqanı təmsil edəcək.


Belə ki, mayın 29-da Bakıda keçiriləcək finala London klubları “Arsenal”la “Çelsi” vəsiqə qazanıblar. Bir gün öncə dəqiqləşən Çempionlar Liqasının final cütündə isə “Tottenhem”lə “Liverpul” üz-üzə gələcək. Madriddəki oyun iyunun 1-də baş tutacaq.


Bununla İngiltərə avrokuboklarda hər üç mükafatı təmin edib. Çempionlar Liqası və Avropa Liqası ilə yanaşı, UEFA Superkubokunun da Premyer Liqa təmsilçisinə nəsib olacağı rəsmiləşib.


Qeyd edək ki, finalçılardan üçü eyni şəhəri – Londonu təmsil edir. Bunlar “Tottenhem”, “Arsenal” və “Çelsi”dir.

Oxunub: 656
Oxşar xəbərlər
SON XƏBƏRLƏR