dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan millisinin hücumçusu Braziliya klubu ilə müqavilə bağlayıb

Azərbaycan millisinin hücumçusu Braziliya klubu ilə müqavilə bağlayıb
Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını Braziliyada davam etdirəcək.

Djb.az-in ONA-ya istinadən məlumatına gorə, 29 yaşlı hücumçu Superliqada mübarizə aparan "Sesi" ilə anlaşıb.


O, Braziliya təmsilçisi ilə 1 illik müqaviləyə imza atıb.


Bununla da milliləşdirilmiş Rəhimova Braziliyada forma geyinəcək ilk Azərbaycan voleybolçusu kimi tarixə düşüb.


Qeyd edək ki, 198 sm boya malik P. Rəhimova "Sesi"yə Türkiyənin "Türk Hava Yolları" klubundan transfer olunub. Onun komandası qonşu ölkədə sonuncu mövsümü 6-cı pillədə bitirib.


Voleybolçumuz daha öncə Cənubi Koreyada "Hyundai", Yaponiyada "Toyota", Türkiyədə "Fənərbaxça" və İtaliyada "Kasalmaggiore"də də çıxış edib.

Oxunub: 664
Oxşar xəbərlər
SON XƏBƏRLƏR