» » Qurban Qurbanov: Futbolçulardan sərt tələblərimiz var

Qurban Qurbanov: Futbolçulardan sərt tələblərimiz var

  • 19-04-2019, 09:44
  • idman
  • 34
Qurban Qurbanov: Futbolçulardan sərt tələblərimiz var
“Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov “Keşlə” klubu ilə 3:0 hesabı ilə nəticələnmiş görüşdən sonra keçirilən mətbuat konfransında maraqlı açıqlamalar verib.

Oxu.Az xəbər verir ki, jurnalistlərin “Neftçi”yə öz gücünüzü göstərmək istəyirsiz?” sualına məşqçi “Qətiyyən belə fikir yoxdur. İşimizlə məşğuluq” cavabını verib.

“Oyunçularımı təbrik edirəm. Qələbə ilə yanaşı, həm də yaxşı oyun göstərdilər. Hesab bizim rahat qalib gəldiyimizi göstərir. Ancaq asan olmadı. Futbolçulardan sərt tələblərimiz var.

Dünya futbolunda belə hesablar çox olur. Dekabradək çox çətin idi. Həmişə belə olub. Son iki turda ardıcıl 3:0-lar olsa da, heç nə asan olmadı. Sadəcə, qol şanslarımızdan istifadə etdilər. Xal itkiləri hər zaman ola bilər. Çempionatda bir komanda çempionluğa, digəri Avroliqaya, bir başqası isə liqada qalmağa oynayır. Ona görə də mütləq çətin olacaq. Digər hesablara da hazır olmalıyıq”, - deyə o bildirib.
Oxşar xəbərlər
«    May 2019    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031