dini radikalizm və ekstremizmlə mübarizə

Eltac Səfərli Avropa çempionatında 27-ci yerə yüksəlib

Eltac Səfərli Avropa çempionatında 27-ci yerə yüksəlib
Şimali Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə şəxsi Avropa çempionatında X turun matçları başa çatıb.

ONA-nın məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin cəmi 1 üzvü məğlubiyyətə üzülüb.

Qitə birinciliyində zəif çıxış edən Rauf Məmmədov görüşdən xalsız ayrılıb. Ondan fərqli, 5 şahmatçımız qələbə qazanıb, biri isə heç-heçə oynayıb.

Eltac Səfərli əldə etdiyi 1 xal sayəsində 27-ci yerə yüksəlib.

Avropa çempionatı
X tur
Falko Bindrix (Almaniya, 2610) – Eltac Səfərli (2662) – 0:1
Viktor Matvişen (Ukrayna, 2490) – Rauf Məmmədov (2701) – 1:0
Kənan Qarayev (2368) – Şaked Tifferent (İsrail, 2219) - 1:0
Məhəmməd Muradlı (2444) - Anastasiya Protopopova (Rusiya, 2263) - 0,5:0,5
Ülvi Sadıqov (2488) - Nikoloz Kaçarava (Gürcüstan, 2424) - 1:0
Filip Mixov (Şimali Makedoniya, 2152) – Cahandar Azadəliyev (1863) – 0:1
Abdulla Qədimbəyli (2404) – Yahli Sokolovski (İsrail, 2278) - 1:0

Turnir cədvəli: 1. Vladislav Artemiyev (Rusiya) – 8 xal, 2. Kasper Piorun (Polşa), 2. Maksim Rotşteyn (İsrail), - hər ikisi 7,5, ...27. Eltac Səfərli - 7, ....204. Ülvi Sadıqov – 5,5, ...169. Rauf Məmmədov, ...194. Məhəmməd Muradlı, ...202. Kənan Qarayev, ...212. Abdulla Qədimbəyli – hamısı 5, ...329. Cahandar Azadəliyev - 3.

Qeyd edək ki, 11 turdan ibarət olan yarış martın 29-da başa çatacaq.

Oxunub: 673
Oxşar xəbərlər
SON XƏBƏRLƏR