» » FİFA dünya çempionatında format dəyişikliyini təsdiqləyib

FİFA dünya çempionatında format dəyişikliyini təsdiqləyib

  • 15-03-2019, 23:46
  • idman
  • 33
FİFA dünya çempionatında format dəyişikliyini təsdiqləyib
Klublararası dünya çempionatının formatı dəyişdirilib.

Djb.az-ın məlumatına görə, bu barədə qərarı FİFA-nın Şurası qəbul edib.

Bunu beynəlxalq təşkilatın prezidenti Canni İnfantino açıqlayıb. Funksioner bugünkü iclasdan sonra Konfederasiyalar kubokunu əvəzləyəcək çempionat barədə danışıb: “Biz Şurada bir sıra vacib qərarlar qəbul etdik. Onlardan biri xüsusi əhəmiyyətə malikdir. Klublararası dünya çempionatı futbolda önəmli hadisədir. 2021-ci ildən yarışın yeni formatda keçiriləcəyini elan etdiyim üçün xoşbəxtəm”.

Yeni formata əsasən mundial dörd ildən bir keçiriləcək. Yayda baş tutacaq turnirdə planetin 24 klubu mübarizə aparacaq.

Bu formatlı ilk mundial 2021-ci ildə baş tutacaq. Turnirdə Avropadan 8, Cənubi Amerikadan 6, Asiya, Afrika, KONKAKAF zonasının hərəsindən 3, Okeaniyadan 1 komanda qüvvəsini sınayacaq.

Qeyd edək ki, klublararası dünya çempionatı ilk dəfə 2000-ci ildə keçirilib. 2005-ci ildən isə yarış ənənəvi xarakter alıb.
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031