dini radikalizm və ekstremizmlə mübarizə

Azərbaycan ağırlıqqaldırmada 7 illik fasilədən sonra medal qazanıb

Azərbaycan ağırlıqqaldırmada 7 illik fasilədən sonra medal qazanıb

ABŞ-ın Las-Veqas şəhərində yeniyetmə ağır atletlər arasında dünya birinciliyi start götürüb.

ONA-nın məlumatına görə, 50 ölkədən 200-dən çox atletin mübarizə apardığı mundialda Azərbaycan milli komandasının üzvləri də iştirak edirlər.

Bu gün onlardan ilk olaraq körpücük üzərinə Ömər Cavadov (55 kq) çıxıb.

Atletimiz birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirib və 96 kq nəticə göstərib. Yekunda o, birdən qaldırma hərəkətində dünya birinciliyinin kiçik bürünc medalına sahib çıxıb. Bu, Azərbaycan yeniyetmələrinin dünya birinciliklərində 7 illlik fasilədən sonra əldə etdiyi ilk medaldır. Sonuncu dəfə uğura 2012-ci ildə Slovakiyanın Koşitse şəhərində keçirilən yarışda +94 kq çəki dərəcəsində Azər Məmmədli nail olmuşdu.

Ö.Cavadov təkanla qaldırma hərəkətində nisbətən zəif çıxış edərək, 115 kq-ı başı üzərinə qaldırıb. O, bu hərəkətdə 9-cu yeri tutub.

Toplam 211 kq (96+115) nəticə göstərən ağırlıqqaldıranımız yekun sıralamada 4-cü pillədə qərarlaşıb.

Dünya birinciliyi martın 16-dək davam edəcək.

Oxunub: 714
Oxşar xəbərlər
SON XƏBƏRLƏR