» » Əcnəbi məşqçilər Güləş Federasiyasının sabiq baş katibi ilə bağlı prokurorluğa müraciət edib

Əcnəbi məşqçilər Güləş Federasiyasının sabiq baş katibi ilə bağlı prokurorluğa müraciət edib

  • 7-03-2019, 11:17
  • idman
  • 94
Əcnəbi məşqçilər Güləş Federasiyasının sabiq baş katibi ilə bağlı prokurorluğa müraciət edib
Sərbəst güləş üzrə qadınlardan ibarət Azərbaycan milli komandasının sabiq bolqarıstanlı məşqçiləri Filip Manolov və Simyon Atanasov baş prokuror Zakir Qaralov və Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət ünvanlayıb.


F. Manolov müraciətində Güləş Federasiyasının baş katibi olmuş Əjdər Cəfərov tərəfindən dələduzluğa məruz qaldıqlarını iddia edir: "2014-cü ilin mayın 1-dən sərbəst güləş üzrə qadınlardan ibarət yığmanın məşqçi təyin olunmuşam və oktyabradək 5 ay müddətində məşqçi kimi işləmişəm. Qızım Elis Manolova 2014-cü ildən güləş üzrə Bolqarıstan yığma komandasından Azərbaycanın yığma komandasına transfer olunub və Azərbaycanın bayrağı altında çıxış edib.


Mənim aylıq əmək haqqım 2500 ABŞ dolları olub. Lakin həmin vaxt federasiyasının baş katibi olan Əjdər Cəfərov qarşımda şərt qoydu ki, əmək haqqımın yarısını, yəni 1250 ABŞ dollarını hər ay ona verməliyəm. Əks təqdirdə məni işdən azad edəcəyi ilə hədələdi. Məcburiyyət qarşısında qalıb, həmçinin qızımın karyerasına görə 5 ay müddətində onun qoymuş olduğu qayda ilə işlədim. Sonuncu dəfə mən pulu verəndə ona etirazımı bildirdim və dedim ki, gələn aydan pulu ödəməyəcəyəm. Belə olan halda, 2014-cü ilin oktyabr ayında o, məni məşqçi kimi işdən azad etdi və ultimatum verdi ki, mən Azərbaycanı tərk etməliyəm, əks təqdirdə mənə problemlər yaradacaq. Buna görə də mən Bolqarıstana qayıtmağa məcbur oldum”.


Mütəxəssis həmçinin iddia edir ki, bundan başqa, Əjdər Cəfərov Elis Manalovanın əldə etdiyi nailiyyətlərlə görə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ayrılan pul mükafatını da mənimsəyib.


S.Atanasovun imzaladığı müraciətdə isə baş katibə 100.000 ABŞ dolları verdiyini iddia edib: "Mən 2013-2014-cü illərdə Azərbaycan Güləş Federasiyasında əvvəl kişilərdən ibarət komandada, 2015-2017-ci illərdə qadınlardan ibarət yığmada məşqçi kimi fəaliyyət göstərmişəm. İşlədiyim dövrdə güləş üzrə Avropa və dünya çempionatlarında məşq etdirdiyim idmançıların göstərmiş olduqları nailiyyətlərə görə bizə müxtəlif məbləğlərdə pul vəsaiti şəkilində mükafatlar ödənilib. Həmin dövrdə Azərbaycan Güləş Federasiyasının baş katibi vəzifəsində işləmiş Əjdər Cəfərov mənim qarşımda şərt qoyub ki, mən aldığım mükafatın 50 faiz hissəsini hər dəfə ona verməliyəm. Əks təqdirdə, məni işləməyimə imkan verməyəcəyi ilə hədələdi. Mən məcburiyyət qarşısında qalıb, hər dəfə aldığım mükafatların yarısını ona verirdim. Mənim Əjdər Cəfərova verdiyim pulların ümumi məbləği 100.000 ABŞ dolları olub. Bundan başqa, Əjdər Cəfərov 2015-ci ildə Bakı şəhərində keçirilən Birinci Avropa Oyunlarının qalibi olan tələbəm Anjela Doroqana da ödənilməli olan mükafatın 60.000 ABŞ dollarını alıb”.


Hər iki məşqçi müraciətlərinin sonunda Əjdər Cəfərovun qanunsuz əməllərinə hüquqi qiymət verilməsini və onun tərəfindən mənimsənilən pullarımın qaytarılmasını xahiş edib. (ona.az)
Oxşar xəbərlər
«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031