dini radikalizm və ekstremizmlə mübarizə

"Energetik"in kapitanı AFFA və Mingəçevir rəhbərliyindən kömək istədi

"Energetik"in kapitanı AFFA və Mingəçevir rəhbərliyindən kömək istədi"Komandamız 25 nəfərdən ibarətdi. Ayda 150 manat maaş alırıq. Ezamiyyət xərcləri verilmirdi. Amma ötən mövsüm Rejion Liqasında ikinci yeri tutduğumuza görə 5 min manat mükafat almışdıq. Həmin pulla bu mövsüm qrup oyunlarını yola verdik. Sağ olsun federasiya, 5 min manatı verdi ki, biz oyunlara gedib-gələ bilək".
Bu sözləri Aut.az-a Region Liqasında çıxış edən Mingəçevirin "Energetik" klubunun kapitanı Ruslan Həmidov deyib.
Kapitan bildirib ki, komandanın maliyyə vəziyyəti pisdir: "Komandamız ağır vəziyyətdədi. Yar ac, yarı tox oynayırıq, canımızı qoyuruq. Çünki Mingəçevir əhalisi futbolu çox sevir. Qrupun son oyununda Qazax komandası ilə qarşılaşırdıq. Xallarımız bərabər idi deyə oyun prinsipial əhəmiyyət daşıyırdı. 3:0 hesablı qələbə qazandıq. Region Liqasının oyununa 800-900 nəfər tamaşaçı gəlmişdi, hamısı ürəklə bizi dəstəkləyirdi. Bir az reklam olsaydı, afişalar daha tez vurulsaydı, daha çox adam gələrdi".
Ruslan Həmidov AFFA və şəhər rəhbərliyindən, həmçinin imkanlı şəxslərdən kömək istəyib: "Mən AFFA rəhbərliyindən, Mingəçevirin icra başçısından, Mingəçevirin imkanlı şəxslərindən xahiş edirəm, komandamızı yaşatsınlar. Şəhərimiziin əhalisinin futbol sevgisi böyükdü. Qrup oyunumuza 800-900 nəfər gəlir.
Yarımfinalada daha çox olacaq, 1500-2000 nəfər gələcək. Bu insanları futboldan məhrum etməsinlər. Azarkeş dəstəyimiz, futbol sevgisi var. Hər şey gözəldi. Sadəcə maliyyəmiz yoxdu. Əzab-əziyyətlə komandanı saxlayırıq. Sağ olsun baş məşqçi Sahib Qocayev, köməkçiləri Samir Məmmədov və Samir Mütəllimov əziyyət çəkirlər. Çox gözəl kollektiv yaratmışıq. Uşaqlar əllərindən gələni edirlər. 150 manata gəlib futbol oynayırlar. Xahiş edirəm, bizə kömək etsinlər, komandamızın yaşamasına dəstək olsun. Bizim komandamız Premyer Liqada oynayıb, Mingəçevir milli komandaya futbolçu verib. Normal komandamız olsa, oyunlarımıza 6-7 min azarkeş gələr".

"Energetik"in kapitanı AFFA və Mingəçevir rəhbərliyindən kömək istədi

Oxunub: 850
Oxşar xəbərlər
SON XƏBƏRLƏR