dini radikalizm və ekstremizmlə mübarizə

Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik ediləcək

Sərbəst güləş üzrə Azərbaycan millisinin baş məşqçi postunda dəyişiklik ediləcək
Yaxın vaxtlarda sərbəst güləş üzrə Azərbaycan milli komandasının baş məşqçi vəzifəsində dəyişiklik olacaq.

“Report”un əldə etdiyi məlumata görə, hazırda yığmaya rəhbərlik edən Firdovsi Umudov postunu tərk edəcək. O, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti vəzifəsindəki işini davam edirəcək. Baş məşqçi vəzifəsinə isə əcnəbi mütəxəssis gətiriləcək.

Adı hələlik məlum olmayan həmin şəxsin 18 - 20 dekabrda keçiriləcək Azərbaycan çempionatının görüşlərini izləyəcəyi gözlənilir.

Qeyd edək ki, Firdovsi Umudov sərbəst güləş millisinə 2016-cı ilin noyabrında baş məşqçi təyin olunub. Umudov bu təyinatadək böyük məşqçi vəzifəsində çalışıb.

Oxunub: 826
Oxşar xəbərlər
SON XƏBƏRLƏR