dini radikalizm və ekstremizmlə mübarizə

Ronaldo İspaniya klubunun səhmlərinin 51 faizini alıb

Ronaldo İspaniya klubunun səhmlərinin 51 faizini alıb
Braziliya milli komandasının əfsanəvi futbolçusu Ronaldo yenidən İspaniya La Liqasına yüksələn "Valyadolid" klubunun səhmlərinin 51 faizini alıb.

Klubun rəsmi saytı xəbər verir ki, braziliyalı sabiq hücumçu bunun üçün 30 milyon avrosundan keçməli olub. O, bu gündən "Valyadolid"in əsas səhmdarı və prezidenti olacaq.

Rəsmi imzalar atıldıqdan sonra Ronaldo yeni klubu ilə bağlı fikirlərini bölüşüb: "Bundan əvvəl futbolun bir neçə səviyyəsində iştirak etmişdim. İndi yeni bir mərhələyə başlayıram. "Valyadolid" klubunu daha yüksək yerlərə qaldırmaq üçün əlimizdən gələni edəcəyik. Bu yolda azarkeşlərin də dəstəyi vacibdir".

Qeyd edək ki, "Valyadolid" 2017/2018 mövsümündə 5-ci yeri tutaraq La Liqaya vəsiqə qazana bilib.

Oxunub: 735
Oxşar xəbərlər
SON XƏBƏRLƏR