dini radikalizm və ekstremizmlə mübarizə

"Bəyaz Aslan"ləqəbli idmançını tanıyırsızmı?!

"Bəyaz Aslan"ləqəbli idmançını tanıyırsızmı?!
Dəyərli oxucular, yoox, yoox, tanımasaz da olar.Çünki Azərbaycanın tele-radio məkanında daim "bozbaş" müğənnilər, habelə, "təlxəklər" təbliğ edilir.
Kimsəyə sirr deyil ki, istənilən ölkə xaricdə idmançıları, mədəniyyət işçiləri və diplomatları ilə daha tez tanınır.Bu sırada idmançılar ona görə fərqlənir ki, onlar qalib gəldikdə öz dövlətlərinin himni ifa edilir, bayrağı qaldırılır.Azərbaycana belə şərəf gətirən oğullardan biri də 2009-cu il sentyabrın 9-da Beyləqan rayonunda anadan olmuş Fazil Allahverdi oğlu Süleymanlıdır.Onun babası, Beyləqanda müəllim işləyən şair-publisist Fazil Bulud, habelə, bu azyaşlının atası Allahverdi Süleymanov bizim sədaqətli dostlarımızdandırlar.
"Bəyaz Aslan" ləqəbli Fazil Süleymanlı 4 yaşından idmanın Martial ARTS Campions (MMA) və Sanda növlərilə peşəkar şəkildə məşğul olur. Fazil Süleymanlı 7 qat Bakı, 4 qat Azərbaycan çempionudr.O, 2 dəfə dünya kubokuna sahib olub:2016-cı ildə Bakıda Dağıstan idmançısını,2017-ci ildə isə Gürcüstanda erməni əsilli gürcü idmançısını məğlub etməklə dünya kubokuna sahib olub.O, əlbəyaxa döyüş üzrə keçirilən peşəkar döyüşlərdə 3 dəfə qalib adını qazanıb-təbii ki, Azərbaycanın Dövlət Başçısı cənab İlham Əliyevin rəhbərliyi altında, ölkədə bədən tərbiyəsi və idmanın inkişafı sayəsində.
9 yaşlı Fazil Süleymanlının atası Allahverdi müəllim mənim rəhbərlik etdiyim "Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin üzvüdür.Allahverdi müəllim, təşkil etdiyimiz tədbirlərdə böyük həvəslə iştirak edir. A.Süleymanov da idmanın kik-boksinq növü ilə peşəkar şəkildə məşğul olub.Hazırda özəl şirkətlərdən birinin mühafizə xidmətində çalışır.
Biz, dəyərli idmançımız Allahverdi Süleymanov və oğlu, 9 yaşlı çempion oğlu Fazil Süleymanlıya gələcək yarışlarda da uğurlar arzulayırıq.
Sonda şair Fazil Buludun oğluna xitabən yazdığı 1 bənd şeiri nəzərinizə çatdırıram:
Eşqimizin ilk nübarı, ilk barı
Ürəyimin təsəllisi, həm varı.
Atasının əzəməti, vüqarı.
Doğum günün mübarəkdir, mübarək!

Şamil Sabiroğlu,
"Xocalı Soyqırımını Tanıtma"ictimai birliyinin sədri

Oxunub: 1 026
Oxşar xəbərlər
SON XƏBƏRLƏR