dini radikalizm və ekstremizmlə mübarizə

DÇ-2018: Serbiya yığmasının yekun heyəti

DÇ-2018: Serbiya yığmasının yekun heyəti


Serbiya yığmasının dünya çempionatı üçün iştirak ərizəsi müəyyənləşib. Baş məşqçi Mladen Krstayiç yekun siyahını açıqlayıb.

44 yaşlı mütəxəssis 3 oyunçunu - Aleksandr Yovanoviç (AGF, Danimarka), Matiya Nastasiç ("Şalke”, Almaniya) və Nemanya Maksimoviçi ("Valensiya”, İspaniya) heyətdən kənarlaşdırıb.

Qapıçılar: Vladimir Stoykoviç ("Partizan”), Predraq Raykoviç ("Makkabi”, Təl-Əviv, İsrail), Marko Dmitroviç ("Eybar”, İspaniya);

Müdafiəçilər: Aleksandr Kolarov ("Roma”, İtaliya), Antonio Rukavina ("Vilyarreal”, İspaniya), Milan Rodiç ("Srvena Zvezda”), Branislav İvanoviç ("Zenit”, Rusiya), Uroş Spayiç ("Anderlext”, Belçika), Miloş Velkoviç ("Verder”, Almaniya), Duşko Toşiç ("Quançjou Fuli”, Çin), Nikola Milenkoviç ("Fiorentina”, İtaliya);

Yarımmüdafiəçilər: Nemanya Matiç ("Mançester Yunayted”, İngiltərə), Luka Milivoyeviç ("Kristal Pelas”, İngiltərə), Marko Qruyiç ("Kardiff Siti”, Uels), Duşan Tadiç ("Sauthempton”, İngiltərə), Andriya Jivkoviç ("Benfika”, Portuqaliya), Filip Kostiç ("Hamburq”, Almaniya), Nemanya Radonyiç ("Srvena Zvezda”), Sergey Milinkoviç-Saviç ("Latsio”, İtaliya), Adam Lyayiç ("Torino”, İtaliya);

Hücumçular: Aleksandr Mitroviç ("Fulhem”, İngiltərə), Aleksandr Priyoviç (PAOK, Yunanıstan), Luka Yoviç ("Ayntraxt”, Almaniya).

Qeyd edək ki, Serbiya millisi mundialda Braziliya, Kosta-Rika və İsveçrə ilə E qrupunda mübarizə aparacaq.

Hikmət Günəş

Oxunub: 951
Oxşar xəbərlər
SON XƏBƏRLƏR