» » Azərbaycanlı kaskadyor-aktyor Sain Fərhad Fərmanlı Beynəlxalq Budo Festivalında

Azərbaycanlı kaskadyor-aktyor Sain Fərhad Fərmanlı Beynəlxalq Budo Festivalında

  • 27-05-2018, 15:27
  • idman
  • 744
Azərbaycanlı kaskadyor-aktyor Sain Fərhad Fərmanlı Beynəlxalq Budo Festivalında

Bu gün 27 may saat 18:00 da Ukraynanın paytaxtı Kiev şəhərində Tatyana Kryzhanivskanın rəhbərliyi və ABŞ-dan dəvət olunmuş, Guillermo Gomezin təşkilatı dəstəyi ilə Budo Beynəlxalq Döyüş Festivalı keçiriləcəkdir.
Festivalda juri qisminde iştirak etmək üçün Azərbaycan və Türkiyəni təmsil etmək üçün xüsusi olaraq Azərbaycanda yaşayan əslən Türk olan Hollivudda peşəkar "Kaskadyorluq və Döyüş Xoreoqrafiysı" kurslarını Fərqlənmə sertifikatı ilə bitirmiş, aktyor, döyüş səhnələri üzrə Beynəlxalq dərəcəli xoreoqraf, Beynəlxalq Nomad Stunts peşəkar kaskadyorlar qrupunun Azərbaycandakı nümayəndəsi, Azərbaycan Action Academy təsisçisi, Sain’s Action Team rəhbəri, döyüş növləri üzrə mütəxəsis Sain Fərhad Fərmanlı dəvət olunmuşdur.
Onu da qeyd edim ki, Sain Fərhad Fərmanlı Shotokan Karate 1-cidan, Goju-Ryu Karate 1-ci dan, Oyama Kyokushinkay Karate 1-ci dan, Wing-Chun 1-ci dərəcə, Combat Capoeira 3-cü dan kimi ustalıq dərəcələrinin sahibidir.
Münsiflər heyyətində digər ölkələrdən də jürilər dəvət olunmuşdur; Amerika Birləşmiş Ştatlarından Svitlana Zavialova və Belqiyadan Hubert Laenen Kyoshi də iştirak edəcəklər.
Daima öz yüksək peşəkarliği və istedadı ilə Azərbaycanın adını bütün ölkələrdə layiqincə təmsil edən Sain Fərhad Fərmanlıya və Budo Beynəlxalq Festivalının bütün jüri və yarış iştirakçılarına uğurlar arzulayırıq.
Azərbaycanlı kaskadyor-aktyor Sain Fərhad Fərmanlı Beynəlxalq Budo Festivalında
Azərbaycanlı kaskadyor-aktyor Sain Fərhad Fərmanlı Beynəlxalq Budo Festivalında
Oxşar xəbərlər
«    Ocak 2019    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031