dini radikalizm və ekstremizmlə mübarizə

Qurban Qurbanov millinin heyətini nə vaxt açıqlayacaq?

Qurban Qurbanov millinin heyətini nə vaxt açıqlayacaq?


Azərbaycan Premyer Liqasının 20-ci turunda səfərdə "Neftçi” ilə bərabərə qalan (0:0) "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Djb.az xəbər verir ki, Qurbanov əvvəlcə matçla bağlı fikirlərini bildirib:

- Maraqlı oyun alındı. Bircə qol çatışmadı. Ancaq çempionatın ən sürətli oyunu oldu. Həm toplu, həm də topsuz hər iki komanda çox aktiv oyun sərgilədi. "Neftçi” yaxşı forma yığıb. Bu komandaya uğurlar arzulayıram. Azarkeşlər də sona kimi komandalarını dəstəklədilər. Komandamın oyunundan razı qaldım.

- Sanki Şehiç rəqibi öz üzərinə çəkməyə çalışırdı...

- Bizim bütün oyunlarda belə olur. Ola bilsin, bəzi ötürmələr alınmadı. Biz həmişə çalışırıq ki, Şehiç rəqib hücumçuları öz üzərinə çəksin.

- İkinci hissədə "Qarabağ”ın verilməyən penaltisi var idi. Bu barədə Ramil Şeydayevlə danışdız?

- Belə hallar olur. Bu barədə əlavə danışmağa ehtiyac yoxdu.

- Komanda sanki ikinci hissədə geriyə oturdu.

- "Neftçi”nin oyununu qeyd etməliyik. Sona kimi tempi aşağı salmadılar. Qalib gəlmək istəyirdilər. Rəqib bizə imkan verdiyi qədər oynadıq. Rəqib çox istəkli idi. "Neftçi” üçün də çətin anlar oldu.

- Çempionatın səviyyəsi barədə fikirlərinizi bildirərdiz.

- Yaxşıdı. Qış fasiləsindən sonra komandalar yaxşı təsir bağışlayır. Çempionatın ikinci yarısı daha fərqlidir.

- "Trabzonspor”un Ramil Şeydayevi geri qaytarmaq planı olduğu deyilir...

- Bu məsələyə mövsümün sonunda baxacağıq. Hələ ki, bu barədə düşünmürük. Buna vaxtımız olacaq. Məncə, həm biz, həm də Ramil bu barədə düşünüb doğru qərar verməlidi.

- Ufuk Budak milliyə dəvət olunub?

- Bəli, dəvət olub, ancaq zədə aldığından milliyə kömək edə bilməyəcək.

- Millinin heyəti nə vaxt açıqlanacaq?

- İnşallah, "Sumqayıt” - "Kəpəz” oyunundan sonra. Həmin matçdan sonra heyəti tam müəyyənləşdirəcəyəm. Bu oyuna canlı baxa bilməsəm də, evdə izləyib son qərarı verəcəm.

- Millidə sürpriz adlar olacaq?

-Bəli, yeni futbolçular olacaq. Bəzi dəyişikliklər edəcəm.

Oxunub: 901
Oxşar xəbərlər
SON XƏBƏRLƏR