» » İspaniya çempionatı: "Barselona" - "Real Madrid" qarşılaşmasında qalib müəyyənləşməyib

İspaniya çempionatı: "Barselona" - "Real Madrid" qarşılaşmasında qalib müəyyənləşməyib

  • 3-12-2016, 22:04
  • idman
  • 240
İspaniya çempionatı: "Barselona" - "Real Madrid" qarşılaşmasında qalib müəyyənləşməyib
Bu gün futbol üzrə İspaniya çempionatının 14-cü turu çərçivəsində "Barselona" və "Real Madrid" klubları üz-üzə gəlib.
La Liqanın lideri və Çempionlar Liqasının hazırkı qalibi "Real Madrid" mövsümün ilk "El Klassiko"sunu rəqib meydanında keçirib.
Oyunda qalib müəyyənləşməyib. Matçda hər 2 qol fasilədən sonra vurulub. Luis Suares fasilədən az sonra “Barselona”nı hesabda irəli çıxarsa da, rəqib kapitan Serxio Ramos son dəqiqədə başla qolla komandasını məğlubiyyətdən xilas edib.
Bununla da “Real Madrid” məğlubiyyətsiz seriyasını davam etdirib və ən yaxın izləyicisi olan “Barselona” ilə 6 xallıq fərqini qoruyub saxlayıb.
İspaniya Primerosu, XIV tur
"Barselona" - "Real Madrid" - 1:1
Qollar: Luis Suares, 53 - Serxio Ramos, 90
Oxşar xəbərlər
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Aydın Ulusoy-un BAXIŞ BCAĞI
Toyuq filesi haqqında dəhşətli həqiqətlər – İstehsalçılar nəyi gizlədir, alıcılar nəyi bilmir? Alıcıların ən çox aldığı file Читать далее
«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728