» » “Qarabağ” tarixində ikinci seriya: Rekorda 3 addım qalıb

“Qarabağ” tarixində ikinci seriya: Rekorda 3 addım qalıb

  • 12-03-2018, 15:22
  • idman
  • 112
“Qarabağ” tarixində ikinci seriya: Rekorda 3 addım qalıb




Ağdamın "Qarabağ” futbol klubu ardıcıl 7 oyundur evdə qol buraxmır. Qurban Qurbanovun yetirmələri sonuncu dəfə 2017-ci il sentyabrın 22-də "Sumqayıt”la qarşılaşmada (4:1) qonaqların qol vurmasına şahid olublar.

Peşəkar Futbol Liqasına istinadla xəbər verir ki, "Sumqayıt” ilə görüşdən sonra 169 gündür qapısını toxunulmaz saxlayan meydan sahibləri "Zirə” ilə iki matçda (0:0, 2:0), həmçinin "Səbail” (1:0), "Sumqayıt” (2:0), "Neftçi” (1:0), "Qəbələ” (0:0) və "Kəpəz”lə (1:0) qarşılaşmalarda doğma azarkeşlər önündə qol buraxmayıblar. Bəxtiyar Həsənalızadənin VI turun oyununun 8-ci dəqiqəsindən sonra başlayan quru seriya "Zirə” ilə XIX turun görüşündə 712 dəqiqəyə çatıb.

Evdə 7 matçda qol buraxmayan "Qarabağ” tarixinin 2-ci nəticəsini təkrarlayıb. Bu, ağdamlıların 1995-ci ildə imza atdığı seriyanın təkrarı olsa da, 2 il əvvəlki rekorda çatmaq üçün daha 3 görüşdə qol buraxmamalıdır.
Oxşar xəbərlər
İnsanlığa qarşı zorakılıq
İnsanlığa qarşı zorakılıq
Müharibənin acı xatirələri canlı şahidlərin gözü ilə Dünyanın abad və gözəlliyini bərbad edən müharibələr olmasaydı, bütün Читать далее
«    Ekim 2018    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
293031