dini radikalizm və ekstremizmlə mübarizə

Kataloniya "sevdası" Qvardiolaya baha başa gəldi

Kataloniya "sevdası" Qvardiolaya baha başa gəldi
İngiltərədə “Mançester Siti” klubunun ispaniyalı baş məşqçisi 20 min funt sterlinq dəyərində cərimələnib.

Oxu.Az xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

Buna səbəb, Qvardiyolanın iradlara məhəl qoymayaraq, yaxasından Kataloniyanın müstəqilliyinə dəstək olaraq sarı lent asmasıdır.

İngiltərə futbol asossasiyası həmin lenti siyasi simvolika hesab edir.

Futbol asossasiyası qeyd edir ki, Qvardiyolanın bu şəkildə stadiona gəlməsi ispan azarkeşlərdə qıcıq oyadır. Onun sarı lenti faşistlərin svastikası və Davudun ulduzu ilə müqayisə olunur.

Qvardiyola sanksiyalardan qorxmadığını və asossasiyanın onun bu jestini anlayacağına heç ümid bəsləmədəyini deyib.

“Hər halda onların da öz qaydaları var və bu qaydalara əməl etməlidirlər” - deyə baş məşqçi bildirib.

Oxunub: 853
Oxşar xəbərlər
SON XƏBƏRLƏR