dini radikalizm və ekstremizmlə mübarizə

“Beşiktaş” Pepeni itirdi

“Beşiktaş” Pepeni itirdi


"Beşiktaş" ciddi itki ilə üzləşib.

Djb.Az komanda.az-a istinadən xəbər verir ki, Türkiyə kubokunun yarımfinal mərhələsinin "Fənərbaxça" ilə ilk oyununda (2:2) zədə alan Pepe bir müddət "qartallar"a kömək edə bilməyəcək. Klubdan edilən açıqlamada müdafiəçinin rəqib futbolçu Roberto Soldado ilə mübarizədə ayaq barmağının qırıldığı qeyd edilib.

Türkiyə mətbuatında yer alan məlumata görə, portuqaliyalı futbolçu ən azı 1 ay yaşıl meydanlardan kənarda qalacaq.

Pepe Türkiyə Super Liqasının 24-cü turu çərçivəsində keçiriləcək "Trabzonspor"la səfər oyununda meydana çıxa bilməyəcək.

Futbolçunun Super Liqanın "Gənclərbirliyi" və "Başakşəhər", həmçinin Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bavariya" ilə cavab oyununu buraxmaq ehtimalı çoxdu.

Oxunub: 915
Oxşar xəbərlər
SON XƏBƏRLƏR