» » Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək

Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək

  • 20-02-2018, 09:11
  • idman
  • 132
Bu gün Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək
Bu gün futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha iki oyunu keçiriləcək.

"Report"un məlumatına görə, Türkiyənin "Beşiktaş" klubu Almaniyanın Münhen şəhərində "Bavariya" klubunun qonağı olacaq. "Qara-qartallar"ın heyətində Atınç Nukan, Veli Kavlak, Gökhan Töre və Duşko Toşiç bu matçda iştirak edə bilməyəcək. Daha 3 futbolçu isə cəzalı duruma düşmə təhlükəsi ilə üz-üzədir. Caner Erkin, Anderson Taliska və Tolqay Arslan sarı vərəqə alacaqları təqdirdə, İstanbuldakı cavab görüşündə iştirak etməyəcəklər. "Bavariya " isə zədəli olan qapıçısı Manuel Noyerin xidmətindən istifadə edə bilməyəcək.

Bu komandalar 1997-1998 mövsümdə Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gəlib. "Bavariya" hər iki matçda rəqibini 2:0 hesabı ilə üstələyib.

Günün digər matçı isə İngiltərənin paytaxtı Londonda baş tutacaq. "Çelsi" doğma azarkeşlər önündə İspaniya "Barselona"sı ilə üz-üzə gələcək. "Çelsi"nin heyətində Tiemue Bakayoko və David Luis zədəlidir. Hər iki futbolçunun bu matçada iştirakı sual altındadır. Kataloniya təmsilçisi isə Nelson Semedonun xidmətindən yararlana bilməyəcək.

Bu komandalar indiyədək 12 dəfə üz-üzə gəliblər. London klubu 4 dəfə qələbəyə sevinibsə, kataloniyalılar 3 dəfə meydanı qalib tərk edib. 5 görüş isə heç-heçə başa çatıb. "Çelsi"yə qarşı 8 oyunda iştirak edən Lionel Messi bu komandaya qol vura bilməyib.

Çempionlar Liqası

1/8 final, ilk oyunlar

20 fevral

23:45. "Bavariya" (Almaniya) - "Beşiktaş" (Türkiyə)

Baş hakim: Ovidiu Hatseqan (Rumıniya)

23:45. "Çelsi" (İngiltərə) - "Barselona" (İspaniya)

Baş hakim: Cüneyt Çakır (Türkiyə)
Oxşar xəbərlər
«    Kasım 2018    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
2627282930